Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam edir.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib.
O bildirib ki, Azərbaycanda bu istiqamətdə işlər xeyli dərəcədə tamamlanıb: “Naxçıvanda təxminən 180 kilometrlik hissədə işlər görülür. Onlar da davam edir. Türkiyə tərəfdən Dilucudan, Iğdırdan Qarsa qədər gəlib Bakı-Tbilisi-Qars xəttinə bağlanacaq 224 kilometrlik bir dəhliz var. Beləliklə, Türk dünyasına kəsə yolla bağlanmış olacağıq”.