Səhər qəzeti

Almaniyanın quru sərhədinə nəzarət qərarına REAKSİYA

Tarix:11-09-2024, 21:04
Baxış Sayı:0

 

Almaniyanın quru sərhədlərində müvəqqəti nəzarət tətbiq olunacağı ilə bağlı məlumat vermişdik.

 Polşanın baş naziri Donald Task paytaxt Varşavada keçirdiyi mətbuat konfransında bu qərarı tənqid edib.

O, belə bir qərarın Şengen zonasının faktiki olaraq geniş miqyaslı dayandırılması anlamına gəldiyini bildirib: "Polşanın sərhədimizdə nəzarəti yox, Almaniya kimi ölkələrin Avropa Birliyinin xarici sərhədlərinin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində iştirakını gücləndirməsinə ehtiyacı var”.

Task quru sərhədləri ilə bağlı qərarın qəbuledilməz olduğunu və bu mövzuda digər Avropa Birliyi ölkələri ilə əlaqə saxlayacaqlarını vurğulayıb.

Qeyd edək ki, Almaniyanın daxili işlər naziri Nensi Fazer qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq və daxili təhlükəsizliyi qorumaq üçün belə bir addımın atıldığını açıqlayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ