Səhər qəzeti

Müharibə hazırlığı: Ermənistan 700 milyonluq raket alır

Tarix:Bu gün, 09:55
Baxış Sayı:0

Hindistan iyulda Ermənistana “Akaş” zenit-raket kompleksinin ikinci partiyasını göndərəcək.

Bu barədə “Hindistan Aerokosmik Müdafiə Xəbərləri” (İADN) saytı məlumat yayıb.

Ötən ilin noyabr ayında Hindistan Ermənistana “Akaş” raketlərinin ilk partiyasını göndərmişdi. Raketlərin satışı Hindistan və Ermənistanın 2022-ci ildə imzaladığı müqaviləyə əsasən həyata keçirilir. 710 milyon dollar dəyərindəki müqaviləyə əsasən Ermənistan Hindistandan 15 “Akaş” raket kompleksi almalıdır. Ermənistan bu raket sistemlərini alan ilk xarici ölkədir.

“Akaş” raketləri 25 kilometr məsafədəki döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, PUA və digər hava vasitələrini hədəfə ala bilir. Hücum xarakterli belə raketlərin alınması Ermənistanın yeni müharibəyə hazırlığı haqda yayılan məlumatlar fonunda diqqət çəkir.

Digər xəbərlər
XƏBƏR LENTİ