Səhər qəzeti

Bakıda keçirilən futbol matçında dava

Tarix:Dünən, 10:23
Baxış Sayı:0

 

Futbol üzrə Azərbaycan II Liqasının 24-cü turunda keçirilən "Şəfa" - "Şahdağ Qusar" matçında qalmaqal yaşanıb.

"ASK Arena"da baş tutan və çempionluq baxımından böyük əhəmiyyət kəsb edən oyunda futbolçular arasında dava düşüb.

Qarşılaşmanı izləyən minlərlə azarkeş hadisəyə etiraz olaraq komandaları fitə basıb. Dava zamanı ehtiyat skamyasında olan futbolçular da münaqişəyə müdaxilə ediblər.

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb. Mövsümün sonuna iki tur qalmış bu komandalar arasında xal fərqi 3 olaraq qalır.

Xatırladaq ki, həm "Şəfa", həm də "Şahdağ Qusar" artıq I Liqaya vəsiqəni təmin ediblər.

Digər xəbərlər
XƏBƏR LENTİ