Səhər qəzeti

BMT-nin hakimi 6 il həbs cəzası aldı: Görün insanlar üzərində nə edirmiş

Tarix:3-05-2025, 21:25
Baxış Sayı:0

 

Oksford Kral Məhkəməsi BMT-nin hakimi Lidiya Muqambeni həmyerlisini öz qulluqçusu olmağa və uşaqlarına baxmağa məcbur etdiyinə görə 6 il 4 ay həbs cəzasına məhkum edib. Uqanda Ali Məhkəməsinin də hakimi olan Muqambe peşman olduğunu bildirməyib və günahı zərərçəkmişin üzərinə atmağa çalışıb.

Bu barədə"The Guardian" məlumat yayıb.

50 yaşlı Muqambe Böyük Britaniyanın immiqrasiya qanununu pozmaq üçün sui-qəsddə, istismar məqsədi ilə səyahət təşkil etməkdə, məcburi əmək və şahidi qorxutmağa cəhddə ittiham olunub. Hətta o, Oksford Universitetində hüquq üzrə doktoranturada oxuyarkən həmyerlisinin azadlığını məhdudlaşdırıb.

Adı açıqlanmayan qurban, təhlükəsizliyindən qorxduğu üçün Uqandaya qayıda bilməyəcəyini söyləyib. O, anasını bir daha görməyəcəyini də bildirib. Qurbana öz ölkəsində təqib olunacağından əsaslı qorxduğu üçün Böyük Britaniyada sığınacaq verilib.

Prosesdə Muqambenin vəkili Pol Rudnits onun "parlaq hüquq karyerası"ndan danışıb. O, Muqambenin böyük ictimai dəstəyinin olduğunu da diqqətə çatdırıb. Qeyd edilir ki, iclasdan əvvəl məhkəmə binasının qarşısında əllərində lövhələr tutan kiçik bir qrup insan "Lidiya Muqambeyə ədalət" şüarları səsləndirib. Hakim ona hökm çıxararkən bunu “çox kədərli bir iş” adlandırıb. O, Muqambenin hüquqi nailiyyətlərini, o cümlədən insan hüquqları sahəsində fəaliyyətini qeyd edib.

Digər xəbərlər
XƏBƏR LENTİ