Səhər qəzeti

Türk professordan YENİ PROQNOZ - İstanbulda növbəti böyük zəlzələ nə zaman ola bilər?

Tarix:27-04-2025, 20:54
Baxış Sayı:0

 

"6.2 maqnitudalı zəlzələnin təsiri bitdi. Şərqə doğru, İstanbula yürüş dayandı".

Bunu türkiyəli professor Övgün Ahmet Ercan "X" hesabında yazıb.

"Növbəti böyük zəlzələ ən azı 20-50 il sonra olacaq", - professor əmin edib.

Xatırladaq ki, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 236 nəfər xəsarət alıb. İtki və irimiqyaslı dağıntı olmayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ