Səhər qəzeti

Rusiya bu NATO ölkəsinin hava məkanını pozdu

Tarix:26-04-2025, 21:54
Baxış Sayı:0

 

Rusiya təyyarəsinin Polşa ərazi suları üzərində hava məkanını pozduğu iddia edilir.


Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.


"Aprelin 25-də axşam saatlarında Baltik Donanmasının Rusiya hərbi qırıcısı Polşa Respublikasının Baltikyanı ərazi suları üzərindəki hava məkanını zəbt edib. Uçuş Polşa Silahlı Qüvvələrinin radar sistemləri tərəfindən izlənilib", - deyə məlumatda bildirilib.


Qeyd edək ki, Polşa Silahlı Qüvvələri Komandanlığı aprelin 6-da səhər saatlarında mövcud olan bütün qüvvə və vasitələri işə salıb. Bu qərar Rusiya ordusunda Polşanın təhlükəsizliyini təmin etmək məqsədilə Ukrayna ərazisində aktiv əməliyyat keçirməsi kimi qəbul edilib.

Digər xəbərlər
XƏBƏR LENTİ