Səhər qəzeti

Ərdoğandan İstanbuldakı şiddətli zəlzələ ilə bağlı İLK AÇIQLAMA

Tarix:23-04-2025, 16:34
Baxış Sayı:0

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən ardıcıl zəlzələləri 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə milli təhsil naziri Yusuf Təkini və uşaqları Prezident Külliyesində qəbul etdiyi proqram zamanı öyrənib.

Ərdoğan nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğluna zəng edərək İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı məlumat alıb.

Türkiyə prezidenti zəlzələ ilə bağlı bunları deyib: "Vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırıram, hadisələri yaxından izləyirik".

Qeyd edək ki, İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib. İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib, daha sonra yeraltı təkanlar 6,2 bal gücündə olub. Ardınca 4,5, 4,9 və 4.5 bal gücündə zəlzələ baş verib.

Digər xəbərlər
XƏBƏR LENTİ