Səhər qəzeti

İlin ən yaxşı kişi və qadın idmançısı məlum oldu

Tarix:22-04-2025, 08:57
Baxış Sayı:0

 

Laureus World Sports Awards-2025”in qalibləri açıqlanıb. 

İspaniyanın paytaxtı Madriddə keçirilən tədbirdə ilin ən yaxşı idmançıları müəyyənləşib.

Yeddi qat Olimpiya çempionu, idman gimnastikası üzrə 23 qat dünya çempionu, amerikalı Simona Baylz qadınlar arasında “ilin idmançısı” seçilib. Dirəklə tullanma üzrə ikiqat Olimpiya çempionu və dünya rekordçusu isveçli Armand Duplantis isə kişilər arasında “İlin idmançısı” mükafatına layiq görülüb.

Qeyd edək ki, qaliblər 70-dən çox ölkənin idman jurnalistlərinin səsverməsi ilə müəyyənləşir.

Digər xəbərlər
XƏBƏR LENTİ