Səhər qəzeti

1990-cı ildən bəri Çinin yarısına bərabər meşə sahəsi məhv edilib

Tarix:22-03-2025, 08:40
Baxış Sayı:0

 

Dünyada 1990-cı ildən bəri təqribən 420 milyon hektar meşə sahəsi məhv olub, bu da Çin ərazisinin yarısına bərabərdir.

Bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladimir Moşkalo deyib.

Onun sözlərinə görə, 2015-ci ildən 2020-ci ilə qədər meşələrin qırılma tempi ildə təqribən 10 milyon hektar təşkil edib:

"Bu, təxminən Portuqaliyanın ərazisinə bərabərdir. Hər il dünyada kənd təsərrüfatı məqsədləri də daxil olmaqla, təqribən 25 milyon hektar meşələr qırılır və ya yandırılır".

Digər xəbərlər
XƏBƏR LENTİ