İran və İsrail arasında gərginlik pik həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyasından açıqlama verilib.
Bildirilib ki, bir çox ölkə və təşkilatlar İranın HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə hücum etmək təhdidinə qarşı hazır vəziyyətdədir.
İran Dövlət Televiziyası “Dünya yaxın saatlarda çox mühüm hadisələrin şahidi olacaq” deyib.
“Mən hamını İsraili tərk etməyə dəvət edirəm”, - İran xarici işlər nazirinin müşaviri Mərəndi bildirib.
İranın ali dini lideri Xamenei də “Sionist rejim bitdi”, - deyə bəyan edib.
İran və İsrail arasında davam edən gərginliyə görə Türk Hava Yolları və "Pegasus" Hava Yolları İran, İraq və İordaniyaya uçuşlarında dəyişiklik edib. Uçuş təhlükəsizliyi səbəbiylə alınan qərarla İran, İraq və İordaniyaya planlaşdırılan gecə uçuşları gündüz saatlarında həyata keçiriləcək.
Digər tərəfdən, ABŞ, Niderland, İngiltərə, Almaniya, İtaliya, Yunanıstan və Fransaya aid hava yolu şirkətləri İsrail və Livana uçuşları ləğv edib.
Pentaqonun verdiyi açıqlamada isə “Yaxın Şərqə əlavə döyüş təyyarələri donanması göndəririk” deyilib.