Səhər qəzeti

Parisə gedənlər 5 il buraya girə bilməyəcəklər

Tarix:Dünən, 21:56
Baxış Sayı:0

 

Parisdə Pompidu Mərkəzi muzeyi müvəqqəti olaraq bağlanır.

Muzey bu gün - 10 mart tarixindən etibarən 5 il müddətinə ziyarətçiləri qəbul etməyəcək. Buna səbəb muzeydə təmir işlərinin aparılamasıdır. 

50 illik binanın təmirinin təxminən 262 milyon avroya başa gələcəyi gözlənilir.

Rəngarəng borular və ventilyasiya şaxtaları ilə bəzədilmiş fasadı ilə məşhur olan bina tamamilə yenilənəcək.

Muzeydə nümayiş etdirilən əsərlər Fransanın və xaricdəki digər muzey məkanlarına - Parisdəki Böyük Saraya, Luvr muzeyinə köçürüləcək. 

Digər xəbərlər
XƏBƏR LENTİ