Səhər qəzeti

Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi

Tarix:Dünən, 21:27
Baxış Sayı:0

 

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.

Mundialın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.

54 kiloqram çəkidə mübarizə aparan boksçu 1/16 finalda Ermənistanı təmsil edən Yekaterina Sıçeva ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kiloqram) da mübarizəyə qoşulacaq.


Digər xəbərlər
XƏBƏR LENTİ