Səhər qəzeti

Tramp işğal etmək istədiyi adanın əhalisini şirnikləndirir: Sizi zəngin edəcəyik

Tarix:Bu gün, 15:12
Baxış Sayı:0

 

Donald Tramp ABŞ-a qoşulmaq müqabilində adaya milyardlarla sərmayə, yeni iş yerləri və iqtisadi inkişaf vəd edərək, Qrenlandiyanı ABŞ-ın tərkibinə qatmaq arzusunu təkrarlayıb.

Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

"Biz İkinci Dünya Müharibəsindən bəri etdiyimiz kimi, sizin təhlükəsizliyinizin qayğısına qalmağa davam edəcəyik. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. Və əgər istəsəniz, dünyanın ən gözəl ölkəsinin, ABŞ-ın bir hissəsi ola bilərsiniz", - Tramp yazıb.

Trump, Danimarkanın sərvətlərlə zəngin Arktika adası olan Qrenlandiyanı almaq istəməsindən danışaraq, "insanlar Danimarkanın buna hər hansı qanuni haqqının olub-olmadığını belə bilmirlər" deyib.

Digər xəbərlər
XƏBƏR LENTİ