İstanbul Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün danışıqların keçiriləcəyi məkana çevrilə bilər. Lakin bu, mövcud şəraitdə Türkiyənin siyasi xəttindən asılı olacaq.
Bu fikirləri türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer deyib.
“İstanbulda danışıqların aparılması mümkünlüyü tamamilə Türkiyənin ABŞ, Qərb və Rusiya arasındakə yeni geostrateji prosesdə hansı yeri tutacağından asılıdır”, - ekspert bildirib.
Eyni zamanda, onun fikrincə, “texniki baxımdan” Tramp və Putin arasında görüş üçün ən yaxşı ölkə Türkiyə, lakin “siyasi baxımdan” Səudiyyə Ərəbistanı və Hindistandır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya lideri görüşdən əvvəl adı çəkiləcək heç bir ilkin şərt olmadan amerikalı həmkarı ilə görüşməyə hazırdır. Bununla belə, Kreml sözçüsü vurğulayıb ki, Rusiya və ABŞ prezidentləri arasında görüşə hazırlaşmaq üçün vaxt lazımdır.