Səhər qəzeti

SSRİ-ni çökdürən hücum planı – Tramp Putinə Qorbaçovun taleyini hazırlayır?

Tarix:Dünən, 23:00
Baxış Sayı:1

 

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvaya səfəri yenidən gündəmə gəlib. Bundan cəmi 3 il sonra SSRİ-nin dağılmasına isə xüsusi diqqət çəkilir. Həmin dövrdə də ABŞ Rusiya ilə ritorikanı yumşaltmış, Reyqan SSRİ lideri Mixail Qorbaçovla mehriban münasibət yaratmışdı. Bəzi ekspertlər hesab edir ki, Vaşinqton SSRİ kimi nəhəng imperiyanı, totalitarizm yuvasını yumşaq güclə, dialoqla, "mehribanlıqla" yıxdı.

Hazırda ABŞ Prezidenti Donald Tramp da Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrini yaxşılaşdırır. Ukrayna müharibəsində Moskvaya ciddi güzəştlər edilir. Hətta bu il mayın 9-da Trampın Moskvaya səfər edəcəyi, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illik yubileyi ilə bağlı Qırmızı Meydanda keçiriləcək paradı Putinlə birgə izləyəcəyi deyilir. Həmçinin Çin prezidentinin də liderlər sırasında yer alacağı iddia olunur.

ABŞ-ın Rusiya ilə bağlı 37 il öncəki planı yenidən işə düşə bilərmi? Ağ Ev eyni taktikadan istifadə etməklə bu ölkəni parçalamağa çalışır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, 1980-ci ildə hakimiyyətə gələn Ronald Reyqan o zaman SSRİ-ni "Şərq imperiyası" adlandırmışdı:

"O, hakimiyyətə gələndə İranda inqilab baş verdi, mollalar hakimiyyəti ələ aldı. Həmçinin SSRİ Əfqanıstanı işğal etməyə cəhd göstərdi. Sovet İttifaqı bu ölkəyə hücumla faktiki olaraq ABŞ-ın tələsinə düşmüş oldu. İttifaq elə həmin müharibənin nəticəsində zəiflədi və süqutunu tezləşdirdi.

Digər xəbərlər
XƏBƏR LENTİ