Səhər qəzeti

Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər

Tarix:Bu gün, 10:32
Baxış Sayı:0

 

Yaponiyanın Kyoto şəhərindən olan "Shimadzu Corp" şirkəti unikal saatların satışına başlayıb. Saatların özəlliyi ondadır ki, 10 milyard ildə sadəcə bir saniyə səhv edirlər.

Bu barədə "Bloomberg" nəşri məlumat verib.

Məlumata görə, bu, stronsium optik qəfəsdə dünyanın ilk kommersiya saatıdır. Bir ekzemplyarın qiyməti isə təxminən 3,3 milyon dollara çatır.

Cihaz xüsusi işıq dalğalarında saxlanılan atomların vasitəsilə vaxtı ölçür. Layihə Tokio Universiteti və Riken İnstitutu ilə birgə həyata keçirilib. Yeni saat dəqiqliyinə görə adi sezium atom saatlarını təxminən yüz dəfə üstələyir. Məhz sezium saatları indi saniyənin standartını təyin edir.

Satışlara dünən (5 mart - red.) başlanılıb. Şirkət üç il ərzində 10 belə cihaz buraxıb satmaq niyyətindədir. Həm Yaponiyada, həm də xaricdən alıcıların olacağı gözlənilir. Saat mürəkkəb elmi tədqiqatlar üçün nəzərdə tutulub.

"Shimadzu Corp" nümayəndələri bəyan ediblər ki, onların məhsulu bütün satış üçün olanlar sırasında ən dəqiqidir. Eyni zamanda, onlar əlavə ediblər ki, alimlər artıq daha təkmil modellərin yaradılması üzərində işləyirlər.

Digər xəbərlər
XƏBƏR LENTİ