Səhər qəzeti

Özcan Deniz prokurorluqda ifadə verdi

Tarix:Dünən, 15:14
Baxış Sayı:1

 

Türkiyəli məşhur ifaçı, aktyor və rejissor Özcan Deniz barəsində açılan istintaq çərçivəsində ifadə verib.

Bildirilir ki, Özcan Deniz tikinti qaydalarının, "Mədəniyyət və təbii irsin qorunması haqqında" qanunun pozulmasına görə istintaqa cəlb edilib.

O, İstanbulda Tikinti Cinayətləri İstintaq Bürosunda ifadə verib.

Bundan əvvəl aktyorun lisenziyasız hovuzlar və əlavə qapalı sahələr inşa etdirdiyi, qaraj sahələrini yaşayış sahəsinə çevirdiyi ilə bağlı iddialar yayılmışdı.

Özcan Denizlə bağlı hüquqi proses davam edir.

Digər xəbərlər
XƏBƏR LENTİ