Səhər qəzeti

10 il sonra qızılcadan ilk ölüm faktı qeydə alındı

Tarix:27-02-2025, 20:21
Baxış Sayı:0

 

ABŞ-ın Texas ştatında 10 il sonra qızılcadan ilk ölüm halı qeydə alınıb.

Bu barədə yerli mətbuat yazıb.

Məlumata görə, Texas ştatının Lubbock şəhərində bir uşaq qızılcadan ölüb. Ölən uşağa qızılcaya qarşı peyvənd vurulmadığı qeyd olunub.

Texasda fevralın əvvəlindən bəri ən azı 124 nəfər qızılcaya yoluxub, onlardan yalnız beşi peyvənd olunub və xəstələnənlərin çoxu uşaqlardır. Nyu Meksiko ştatında isə indiyədək 9 yoluxma qeydə alınıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, hava yolu ilə yayılan qızılca hər min nəfərdən 1 və ya 3-də ölümlə nəticələnir.

Digər xəbərlər
XƏBƏR LENTİ