Səhər qəzeti

Vəhşi balina qadın məşqçinin başını dişləyərək onu öldürdü

Tarix:27-02-2025, 20:16
Baxış Sayı:0

 

On il əvvəl Amerikanın məşhur "SeaWorld" su parkında baş vermiş faciəvi hadisə bütün dünyada heyvan hüquqları ilə bağlı müzakirələrə səbəb olub.

40 yaşlı təcrübəli məşqçi Davn Brancheau 15 ildir birlikdə işlədiyi nəhəng qatil balina Tilikumun gözlənilməz hücumuna məruz qalaraq həyatını itirib.

Davn "SeaWorld"un ən sevimli simalarından biri idi. O, 15 il parkda çalışıb və heyvanlara olan sevgisi, peşəkarlığı ilə hər kəs tərəfindən bəyənilib.

O, çəkisi 6 tondan çox, uzunluğu 6,5 metr olan Tilikumla xüsusi bir əlaqə yaratmışdı.

Lakin 24 fevral 2010-cu ildə adi şoudan sonra Davn hovuz kənarına yaxınlaşanda dəhşətli hadisə baş verdi. Tilikum qəfil onun saçından tutub suya çəkdi.

Görənlərin gözü qarşısında baş verən şiddətli hücum 45 dəqiqə davam edib. Bütün xilasetmə səylərinə baxmayaraq, Davn həyatını itirib.

Digər xəbərlər
XƏBƏR LENTİ