Səhər qəzeti

Maskı ölümlə hədələyirlər - Buna görə

Tarix:27-02-2025, 15:03
Baxış Sayı:3

 

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Ağ Evdə ilk kabinet iclasını keçirib.

İclasda Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask da iştirak edib.

Mask tədbir görülməsə, ABŞ-ın iflasa uğraya biləcəyini iddia edib. O, hətta departamentindəki vəzifələrinə görə ölüm təhdidləri aldığını da qeyd edib.

Mask idarəsinin bəzi səhvlərə yol verdiyini və bu vəziyyətin həll olunması gərəkdiyini etiraf edib.

Qeyd edək ki, Maskın Hökumətin Səmərəliliyi Departamenti ABŞ-da mübahisələrə səbəb olub. Departamentin bir çox nazirlik və qurumların maliyyə məlumatlarına çıxışı müxalifət tərəfindən qeyri-qanuni hesab olunur. Maskın “kölgə” prezident kimi çıxış etdiyi və Trampı yönləndirdiyi iddiaları da var.

Digər xəbərlər
XƏBƏR LENTİ