NATO-nun keçmiş baş katibi və Danimarkanın sabiq baş naziri Anders Foq Rasmussen ABŞ prezidenti Donald Trampın NATO ilə “düşmən” olduğunu bildirib.
Onun sözlərinə görə, Avropa Trampın NATO-ya qarşı düşmənçilik siyasəti qarşısında öz təkliyi ilə üzləşməlidir.
“NATO-ya açıq düşmənçilik edən ABŞ prezidenti ilə üzbəüz gələn Avropa buna qarşı durmalıdır. Sülh dövründə Avropanın müdafiədə barışmazlığı, varlığımız üçün risk olmasa da, bizi müdafiəsiz qoydu. Ancaq bu gün NATO-ya düşmənçilik edən Trampla üzləşən Avropa həm varlığının təhlükə altında olması, həm də tək görünməsi faktı ilə üzləşməlidir”, - Rasmussen “Economist” jurnalı üçün yazdığı məqalədə qeyd edib.
O, NATO ölkələri arasında münasibətlərin dağıldığını və Trampın Qrenlandiyanı ilhaq, Avropanı isə ticarət müharibəsi ilə hədələdiyini bildirib.