Avropa İttifaqının səfirləri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə cavab olaraq 16-cı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Bu barədə "Avropa Pravdası" məlumat yayıb.
Bildirilir ki, yeni sanksiyalar paketi gələn bazar ertəsi, fevralın 24-də, Ukraynaya genişmiqyaslı işğalın üçüncü ildönümündə Aİ-nin xarici işlər nazirləri tərəfindən rəsmən təsdiqlənəcək.
Məlumata görə, hazırda Aİ-yə sədrlik edən Polşa yeni sanksiyalar paketinin Ukraynada genişmiqyaslı müharibənin başlanmasının üçüncü ildönümündə, yəni fevralın 24-də qəbul edilməsini istəyir.