Səhər qəzeti

"Şəhidlər Günü"ndə prezidentdən Fransa ilə bağlı bəyanat: Vəhşi və dağıdıcı...

Tarix:18-02-2025, 12:11
Baxış Sayı:1

 

Əlcəzair prezidenti Əbdülməcid Tebbun Fransanın Əlcəzairdə 130 ildən çox müstəmləkə hökmranlığını barbar və dağıdıcı adlandırıb.

Əlcəzair prezidenti Əbdülməcid Tebbun “Əlcəzair İnqilabı Günü” və “Milli Şəhidlər Günü” münasibəti ilə 1830-1962-ci illər arasında Fransanın müstəmləkə idarəçiliyinə qarşı etdikləri inqilabla bağlı paylaşım edib.

“Milli Şəhidlər Günü”nü azadlıq uğrunda canlarından keçmiş şəhidlərə bir rəhmət borcu kimi andıqlarını ifadə edən Əlcəzair Prezidenti bunları qeyd edib:

“Təmiz torpaqlarımızda öz vəhşi və dağıdıcı əməlləri ilə hökmranlıq edən müstəmləkə 130 ildən artıq müddətdə şərəfli xalqın tərəqqisinə mane oldu. Xalqımızın imkanlarına, iradəsinə məhəl qoymayan müstəmləkə böyük bir inqilabla başa çatdı”.

Xatırladaq ki, Əlcəzair 1954-cü il noyabrın 1-də 1830-cu illərdən qalma fransız işğalına qarşı müstəqillik mübarizəsinə başlayıb. Təxminən 1,5 milyon insanın həyatını itirdiyi şiddətli mübarizə nəticəsində Əlcəzair 1962-ci ildə müstəqilliyini əldə edib. Əlcəzairdə hər il fevralın 18-i Ümummilli Şəhidlər Günü kimi qeyd olunur.

Digər xəbərlər
XƏBƏR LENTİ