Səhər qəzeti

Bu ölkə çıxılmaz durumda: sürətlə yayılır, ölənlər var

Tarix:18-02-2025, 12:09
Baxış Sayı:1

 

Qərbi Afrika ölkəsi Qananın Yuxarı Qərb əyalətində 16 nəfər meningit epidemiyası nəticəsində həyatını itirib.

Bu barədə əyalətin səhiyyə direktoru Damien Punguyire açıqlama verib.

Onun sözlərinə görə, bölgədə 129 meningit hadisəsi aşkarlanıb, 16 nəfər dünyasını dəyişib. 29 nəfər müalicə altına alınsa da, yoluxmaların sayı hər həftə artmaqda davam edir.

Bölgədə quraq mövsümdə isti və küləkli hava səbəbindən menengit hallarının artması müşahidə olunur.

Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədənə təsir edə bilər.

Digər xəbərlər
XƏBƏR LENTİ