Çin Dövlət Müdafiə Elm, Texnologiya və Sənaye İdarəsi aerokosmik mühəndislik, beynəlxalq əməkdaşlıq və asteroidlərin aşkarlanması sahəsində təcrübəyə malik gənc və həvəsli mütəxəssislər üçün işə qəbul elan edib.
Yeni heyət 2032-ci ildə baş verə biləcək 2024 YR4 asteroidinin Yerlə toqquşma ehtimalını öyrənəcək.
İndiyədək toqquşma ehtimalı 2,2% qiymətləndirilir, lakin alimlər onun artdığını qeyd ediblər - son vaxtlara qədər bu rəqəm 1,3% idi.
“Planetar müdafiə qüvvələri”nə namizədlərin yaşı 35-dən aşağı, lazımi peşə və texniki keyfiyyətlərə, habelə “möhkəm siyasi mövqeyə” malik olmalıdırlar. Onların öhdəliklərinə kosmik sektorda beynəlxalq əməkdaşlıq, həmçinin asteroid təhlükələrinin monitorinqi və erkən xəbərdarlıq daxildir”, - elanda bildirilir.
İş elanı internetdə böyük səs-küyə səbəb olub. Bir çox istifadəçi bunu iddialı elm adamları üçün şans kimi görür, bəziləri hətta yazır: “Əgər uğur qazansan, dünyanı xilas edəcək bir qəhrəmansan”.