Səhər qəzeti

Türkiyənin qlobal planı: Ermənistan hədəf taxtasındadır

Tarix:28-08-2024, 13:17
Baxış Sayı:2

“Cənubi Qafqazda mövqelərini daha da gücləndirmək niyyətində olan Türkiyə Ermənistana təzyiqləri artıracaq”.

Bu barədə erməni şərqşünas Varujan Qeqamyan iddia edib.

Qeqamyan iddia edir ki, Yaxın Şərq Türkiyənin xarici siyasətinin prioritetləri siyahısında arxa plana keçib.

“Hazırda Suriya-İraq vektorunda dominantlıq edən Türkiyə Cənubi Qafqaz və Qara dəniz regionunu hədəfə alıb. Ankaranın əsas vəzifəsi təsir zonasını genişləndirmək, Mərkəzi Asiyadan Balkanlara qədər türk kəmərini gücləndirməkdir. Zəngəzur dəhlizi layihəsi bu istiqamətdə əsas planlardan biridir. Buna görə də Türkiyə Ermənistana təzyiqi artıracaq”, - o bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ