Səhər qəzeti

Hindlilərin İrəvan sərgüzəşti: Bir ermənidən sifariş alaraq öz həmyerlilərini...

Tarix:27-08-2024, 13:44
Baxış Sayı:2

 

Vayots Dzor sakini və altı Hindistan vətəndaşı bir hindlini qaçırmaqda ittiham olunurlar.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, avqustun 23-nə keçən gecə polis əməkdaşları İrəvanın Avan inzibati rayonu ərazisində “Mitsubishi” markalı avtomobili saxlayıb və axtarış zamanı yük yerində Hindistan vətəndaşı aşkar ediblər.

Məlum olub ki, zərərçəkmiş Vayots Dzor sakininə zədələnmiş “Nissan Tiida” markalı avtomobilə görə kompensasiya verməli imiş, lakin pulunun olmadığını deyərək bundan imtina edib.

Nəticədə 36 yaşlı erməni borclunu girov götürmək qərarına gəlib. Bu məqsədlə o, altı hindlini cəlb edib. Onlardan biri öz həmyerlisini döyüb, onu baqaja qoyub. Dəstə yolda patrul polislərinə rast gəlib.

Hücum edən şəxslər saxlanılıb, daha sonra məhkəmə istintaqın tələbi ilə onları həbs edib.

Digər xəbərlər
XƏBƏR LENTİ