Səhər qəzeti

Trampın planı daşları yerindən oynatdı - Ada müstəqil olmaq istəyir

Tarix:7-02-2025, 09:32
Baxış Sayı:0

 

Qrenlandiyanın hakim koalisiyasına daxil olan Siumut (İrəli) partiyası müstəqillik üçün referendum keçirməyi planlaşdırır.

Bu barədə "Reuters" məlumat yayıb.

Partiya üzvü Doris Jensen qeyd edib ki, səsvermə Qrenlandiyaya artan muxtariyyət və tam müstəqilliklə bağlı danışıqlar aparmaq imkanı verən 2009-cu ildə qəbul edilmiş qanuna əsaslanacaq.

O, qeyd edib ki, Qrenlandiya müstəqil dövlət olana qədər onun beynəlxalq danışıqlarda iştirakı məhdud qalacaq.

Referendum təşəbbüsünün ABŞ-ın Arktika bölgəsinə marağının artması fonunda ortaya çıxdığı vurğulanır.

Xatırladaq ki, Qrenlandiya Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazidir. 2 166 086 km² sahəsi ilə dünyanın ən böyük adasıdır.

Digər xəbərlər
XƏBƏR LENTİ