Səhər qəzeti

Paşinyan Cənubi Qafqazda sülhü dini tolerantlığa bağladı: Bəs nəyi unutdu?

Tarix:6-02-2025, 10:57
Baxış Sayı:1

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, dini tolerantlıq Cənubi Qafqaz regionunun sabitliyi üçün vacibdir.

 Paşinyan bu barədə Vaşinqtonda keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib.

"Xoşbəxtlikdən, siyasi və etnik fərqlərə baxmayaraq, regionumuzda dini tolerantlıq və hörmətlə bağlı yaxşı ənənə var və bu, Cənubi Qafqazda davamlı sülh və sabitliyi daha real edir. Biz regional mübahisələrimizi regional dialoqa çevirəcəyimizə ümid edirik", - Paşinyan bildirib.

Paşinyan onu da əlavə edib ki, Ermənistanda din azadlığı demokratiyanın çox vacib hissəsidir və ölkədə təkcə Erməni Apostol Kilsəsi deyil, digər dini təşkilatlar və konfessiyalar da sərbəst fəaliyyət göstərir.

Maraqlıdır ki, dini tolerantlqdan danışan Paşinyan bir frazanı bilərəkdən unudur: ermənilərin vaxtilə işğal etdikləri ərazilərdə məscidləri dağıtmalarını. Deməli, Cənubi Qafqazadakı dini tolerantlıq heç bir halda ermənilərə şamil edilə bilməz.

Digər xəbərlər
XƏBƏR LENTİ