Səhər qəzeti

Almaniyalı turist vəhşi filin qurbanı oldu

Tarix:5-02-2025, 22:30
Baxış Sayı:0

 

Hindistanın cənubunda, Tamilnad ştatında vəhşi fil almaniyalı turistə hücum edərək onu öldürüb.

Hadisə ştatın qərbində yerləşən "Anamalai Tiger Reserve" qoruğunda baş verib.

Bir qrup turist mühafizə olunan ərazidə hərəkət edərkən qarşılarına vəhşi fil çıxıb. Hamı hərəkəti dayandırsa da, 77 yaşlı alman filin yanından keçməyə çalışıb. Bu da vəhşini qəzəbləndirib. Təhlükə hiss edən fil əvvəlcə qocanın sürdüyü motosikleti aşırıb. Dana sonra isə xortumu ilə onu əzib.

Ağır bədən xəsarətləri alan turist yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər
XƏBƏR LENTİ