Səhər qəzeti

Kreml: Avropa bu yolla iqtisadiyyatını böhrana sürükləyir

Tarix:4-02-2025, 20:48
Baxış Sayı:0

 

“Müdafiə xərclərinin artması Avropa iqtisadiyyatını böhrana səbəb ola biləcək çox ciddi diskomfort zonasına gətirir”.

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın paytaxtı Moskvada jurnalistlərə açıqlamasında deyib.

Peskov Avropada militarist yanaşmanın getdikcə təsirli olduğunu qeyd edib:

"Rusiyadan gələn təhdidlər bəhanəsi ilə hərbi və müdafiə xərcləri şişirdilir. Bu da Avropa iqtisadiyyatını çox ciddi böhrana sürükləyə bilər”.

Peskov əlavə edib ki, ABŞ Ukraynaya silah göndərməkdə davam edir. O, Trampın Kiyevə göstərdikləri yardımlar müqabilində Ukraynadan nadir torpaq elementləri almaq istəyinə də münasibət bildirib:

"Bunun adı dəstəyin satın alınmasıdır. Yəni pulsuz yardım göstərmək əvəzinə, bu yardımı kommersiya yolu ilə edir. Təbii ki, heç bir yardım göstərməmək və bununla da bu münaqişəyə son qoymaq daha yaxşı olardı”.

Roza

Digər xəbərlər
XƏBƏR LENTİ