Səhər qəzeti

Britaniya ukraynalı qaçqınlara icazə verdi: Uşaqlarını...

Tarix:Bu gün, 16:04
Baxış Sayı:0

 

Böyük Britaniya hökuməti bildirib ki, Ukraynadan olan qaçqınlar artıq 18 aya qədər qalmaq üçün uşaqlarını özləri ilə gətirə bilərlər.

Bu icazə əvvəlki viza verilməsi qaydalarını qüvvədən salıb.

Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli İdarəetmə Departamentinin bəyanatında deyilir ki, uşaqlar "qanunlara uyğun olaraq təhsil, sağlamlıq, müavinətlər və işlə təmin olunacaqlar".

Hökumət aydınlaşdırıb ki, həm valideyn, həm də qəyyum və uşaq ərizəçi Ukrayna üçün mənzil proqramının bütün tələblərinə cavab verməlidir.

Ötən ilin fevralında Mühafizəkarlar Partiyası ukraynalı qaçqınlara ölkəyə daxil olmaq və viza almaq üçün ailə üzvlərinə sponsorluq etməyi qadağan edib. Bu mexanizm yalnız vətəndaşlar və daimi yaşayış icazəsi olanlar üçün mövcud idi.

Daha əvvəl “Telegraph” qəzeti “Opora” xeyriyyə təşkilatına istinadən yazıb ki, 2022-ci ildə başlayan münaqişədən sonra Britaniyaya gələn minlərlə ukraynalı qaçqın viza müddətinin uzadılması ilə bağlı yeni qaydalar səbəbindən iş yerlərini itirə bilərlər.


Digər xəbərlər
XƏBƏR LENTİ