ABŞ fövqəladə hallar xidmətləri Vaşinqton səmasında hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində həlak olan 41 nəfərin cəsədini tapıblar.
Bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə idarəsinin rəhbəri Con Donnelli məlumat verib.
"Biz həlak olan 41 nəfərin qalıqlarını çıxarmışıq, onlardan 28-inin şəxsiyyəti müəyyən edilib", - Donelli bildirib.