Səhər qəzeti

"Hər kəs gördüyünü etiraf etməlidir, qorxsa da"

Tarix:Dünən, 14:39
Baxış Sayı:0

Bu günlərdə sosial şəbəkələrdə keçmiş İmişli İcra Başçısı Vilyam Hacıyevin övladı Məhəmmədlə bağlı yayılan məlumatları oxudum. Oxuyarkən, gözlərimin önündə bir il üç ay ərzində, yəni on beş ay ərzində 17 saylı Cəzaçəkmə müəssisəsində həbs qəti imkan tədbiri seçilərək məhkum həyatı yaşayan rüşvətxor məmurların həyat tərzi bir anlığa keçdi gözümün önündən. 
Bilirsiniz, evindən 35 milyon qızıl, zinət əşyaları, 35 milyon nağd pul çıxan bir rayon icra başçısının həbsi və həmin icra başçısının işlədiyi dövrlərdə törətdiyi çoxsaylı cinayətlər, mənimsəmələr, rüşvətxorluq halları... Bəs onda isə, ifşaedici şəkildə onların hər birinin həbsi, silsilə həbsi və onların həbslərdən sonrakı türmə həyatında yaşayış tərzi mənim üçün çox maraqlı idi. Bəlkə də  elə bu qismətdən, “niyətin hara mənzilin ora” deyə  belə bir deyim var, bir məsəl var. Mənə Allahtəala nəsib etdi ki, mən onların ən çətin və qolubağlı sayıldığı yerdə də  insani rəftarlarını, insanlara olan münasibətlərini, dəyərlərini öz gözlərimlə gördüm. 
Əlbəttə, bir jurnalistin bir həyatı, bir yazısına beş on manat qıymayıb öz həmkar dostuna, öz silahdaşlarına, yəni rəhbər olduğu rayondakı məhkəmə və digər polis orqanlarına təzyiq edərək müəyyən vasitələrlə onu “reket” jurnalist elan edən icra başçılarını da yaxşı tanıyırıq. 
Yəni, ölkə rəhbərinin hər dəfə vətəndaşların minimal əmək haqqı deyilən 300-400 məbləğindəki sosial müavinətlə bağlı çıxışları hamının qulağındadır və hamı onu eşidib. Amma baxın görün bu sosial müavinətlər bir qrup icra başçıları tərəfindən necə mənimsənilib. 
Təkcə Vilyam Hacıyev haqqında yox, ümumiyyətlə bu rüşvət və korrupsiya halları ilə həbsdə olan məmurların bir çoxlarının həyat tərzi inanın ki, “ayı” xidmətinə bənzər bir həyat tərzidir, yəni onlar hələ də ayılmayıblar. Bu gün övladları atalarının var-dövlətlərini düzgün istiqamətləndirə bilməyib, həta öz halal ailələrində düzgün bölə bilməyən insanlar bir xalqın, bir millətin taleyini necə bölə bilər, ədalət prinsipi ilə? 
Bəli, onlar bu gün yığdıqları var-dövlətləri rahat şəkildə həmin o müəssisələrdə öz şəraitlərini yaradaraq rüşvət hesabına kolon rəislərinə, cəzaçəkmə müəssisələrinin rəhbərlərinə rüşvət və hədiyyələrlə öz günlərini keçirirlər, yəni rüşvətlə həbs olunan, rüşvətxorluqda ittiham olunan bir insan artıq cəzaçəkmə müəssisəsində də rüşvət verir, rüşvətlə yaşayır. Bunlar hamısı bir paradoks ziddiyat təşkil edir. Onun üçün də mənə elə gəlir ki, əlbəttə ki həmin o cəzaçəkmə müəssisələrində bütün məhkumlar eyni qaydada, eyni gözdə, eyni ciddiyətlə rejim qaydaları ilə yaşasa daha gözəl olar. Onlarda həyatın sınaqlarını orada yaşamış olarlar. 
Onsuz da dünyada oğru qanununun yoxa çıxdığı bir vaxtda, oğru qanununu yaşadan elə türmə işçiləridir. Onların elə hamısı oğru qanunları ilə gedir və ideya ilə gedir, çünki o ideyanın elə özü onlar üçün bir pul vasitəsidir. O ideyanın yoxa çıxması onların biznesinin yoxa çıxması deməkdir. 
Ona görə də, mənə elə gəlir ki, nəinki Vilyam Hacıyev və digər rüşvətxor məmurlar haqqında artıq həmin  olduqları yerlərdə də nizam-intizam qaydalarının bərpası mütləq vacibdir. Çünki, artıq bir kolon rəisi bir ayda 100-150 min manat pul qazanırsa, bir nəzarətçi ayda 650 manat alırsa və eyni zamanda həmin müəssisənin rəisi özü yeyib hamını acından qırırsa, bunun özü də “ayı” xidmətidir. 
Mənə elə gəlir ki, bu gün həmin rüşətxor məmurların elə yatdıqları müəssisənin rəhbərinin də həbsdə olunması kimi, onlarla bərabər həbs yatması kimidir , çünki həyatlarını sərf ediblər həmin o çirkli pullara, rüşvət pullara və demək olar ki, elə onlar da elə həmin rüşvətxorlar kimi həbs həyatı yaşayırlar.
Acınacaqlı hal ondadır ki, bu günlərdə cəzaçəkmə müəssisələrində görünməyən tərəfdən müəssisəni idarə edən cinayətkar məhkumlar var. Onlar müəssisənin rəisinə ən etibarlı, yaxın, hətta onun yolunda adam öldürərək, yenidən daha da çox həbs yatmaq iqtidarında olan belə fanatlar var. Çünki onlar uzun illər müəssisə rəhbərinin dəstəyi ilə, onun “krışalığı” altında süni surətdə məhkumlar arasında ona imtiyazlar yaradıb, süni onun nüfuzunu qaldıraraq hər kəsi onun qarşısında təslim etdirərək o insanların dedikləri qaydalarla hərəkət etdiriblər müəssisəni. 
17 saylı Cəzaçəkmə müəssisəsində Şirvan şəhərindən olan Eldar adında olan 5-6 dəfə məhkumluq həyatı yaşayan, onu adi hala çevirən və həmin məhkumluq dövründə həmin müəssisədə biznes şəbəkələrini idarə edərək: pirojki satmaqdır, dönər, qutab satmaqdır, pullu kafe işlətməkdir, dərzixana və bərbərxana işlətməkdir, bütün bunların hamısı Eldar adında bir məhkumun əlində cəmləşərək, ayda 30-40 min manat civarında ortalığa “qara pul” yığılır. 
Misal üçün, digər bir məhkum Mayıs adında, o da Cəlilabadlı bir ən ağır cinayətlərdə ittiham olunaraq 10 ildən artıq cəza verilmiş Mayıs adında bu şəxs də “qara” dusdaqları “oğru ideyası” altında fırladaraq onların hər birinin ailə büdcəsinə hər ay könüllü olaraq pullar ödətdirərək, karantin adı altında, yerdəyişnə adı altında, briqada, dəstə dəyişmək altı adında çoxlu sayda böyük pullar qazanaraq, hətta həbsdən sonra da həmin müəssisə rəhbərləri tərəfindən müəssisənin qarşısındakı bir kafeyə bir müdir təyin olunaraq, orada da əlavə insanlara diskomfort yaradaraq, orada da insanların pullarının mənimsənilməsi, ərizə yazmaq, digər bəhanələrlə pullar qazanırlar Yəni Eldar içəridən, Mayıs çöldən, rəis də yerində. 
Bütün bunların hamısının gözləri ilə  şahidi olan bir insan kimi və bunlara etiraz edən bir insan kimi bu gün bu sosial şəbəkələrdəki yazıları görəndən sonra məcburam ki, bunları açıqlayım, çünki desəm öldürərlər, deməsəm ölürəm. 
Ona görə də, əziz oxucular hələ daha böyük faktlar sizlərə açıqlayacam.


ictimaixeber.az

Digər xəbərlər
XƏBƏR LENTİ