Astanada təyyarə quş sürüsü ilə toqquşub.
Bu barədə “Air Astana” məlumat yayıb.
"FS 7366" Uralsk - Astana reysi ilə uçan zaman Uralsk hava limanında quş sürüsü ilə toqquşub. Sistemlərin və mühərriklərin işində heç bir nasazlıq olmadığına əmin olan ekipaj uçuşu davam etdirərək, həmişəki kimi Astanada eniş edib.
Enişdən sonra təyyarəyə baxış zamanı, əsasən sol mühərrikdə və gövdənin sol tərəfinin səthində çoxsaylı zədələr aşkar edilib.