Səhər qəzeti

Sualtı fiber optik kabel ZƏDƏLƏNDİ - İki ölkədə problem yaşanır

Tarix:26-01-2025, 21:15
Baxış Sayı:1

Latviya və İsveç arasında Baltik dənizinin altında çəkilmiş sualtı fiber optik kabel, ehtimal ki, xarici təsirlər nəticəsində zədələnib.

Bu barədə Latviyanın LSM portalı kabelin sahibi - Latviya Dövlət Radio və Televiziya Mərkəzi şirkətinə istinadla məlumat yayıb.

Yanvarın 26-da səhər saatlarında şirkətin monitorinq sistemləri Ventspils (Latviya) və Gotland (İsveç) arasındakı ərazidə məlumatların ötürülməsində problemlər aşkarlayıb.

"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünməyə əsas var", - şirkətin kommunikasiyalar şöbəsinin rəhbəri Vineta Spruhaine deyib.

Latviyanın baş naziri Evika Silina insidentlə bağlı məsul xidmət və nazirliklərin iştirakı ilə müşavirə çağırıldığını bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ