ABŞ-də müvəqqəti yaşamaq hüququ verən bir sıra proqramlar çərçivəsində miqrantların, o cümlədən Ukrayna vətəndaşlarının bu ölkəyə girişi dayandırılıb.
Bu barədə "The New York Times" nəşri ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən xəbər verib.
Qeyd olunub ki, rəsmi qurumlara ABŞ-nin yeni administrasiyası tərəfindən Birləşmiş Ştatlara daxil olmaq üçün müraciətlərə cavab verilməsinə dair qərarın tətbiqini dərhal dayandırmaq tapşırılıb.