Səhər qəzeti

Yer kürəsində maqnit qasırğası gözlənilir

Tarix:Bu gün, 14:17
Baxış Sayı:0

 

Yer kürəsində dekabrın 24-də günəş plazma buludunun yaratdığı, M sinifli partlayışa aid olan maqnit qasırğası gözlənilir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.

İlkin məlumatlara görə, maqnit qasırğası beş göstəricidən ibarət monitorinq şkalası üzrə G2 kimi qiymətləndirilir ki, burada G5 "Son dərəcə güclü", G1 isə "Zəif"dir.

Digər xəbərlər
XƏBƏR LENTİ