Səhər qəzeti

Bu ölkədən vətəndaşlarına xəbərdarlıq: Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə getməyin

Tarix:Bu gün, 14:09
Baxış Sayı:0

 

Böyük Britaniya hökuməti vətəndaşlarını Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrinə getməməyə çağırıb.

Bu barədə hökumətin saytında məlumat paylaşılıb.

“Ermənistan-Azərbaycan sərhədi bağlı olaraq qalır. Bu, iki ölkə arasında konsulluq dəstəyinin son dərəcə məhdud olması ilə əlaqədardır”, - məlumatda deyilir.

Britaniya hakimiyyəti Tavuş bölgəsindəki İcevan və Noyemberyan arasındakı yolun hissəsini də təhlükəli hesab edir. Həmçinin qeyd edilir ki, İrəvanla İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlıdır.

Bundan əlavə, tövsiyədə vurğulanır ki, Cənubi Qafqaza səyahət gözlənilməz ola bilər, çünki infrastruktur yaxşı vəziyyətdə deyil.


Digər xəbərlər
XƏBƏR LENTİ