"Vagner PMC"nin qurucusu Yevgeni Priqojinin olduğu təyyarənin qəzaya uğramasında Qərb kəşfiyyat xidmətlərinin əli ola bilərdi.
Hadisənin birinci ildönümü ərəfəsində baş verənlərin yeni versiyası haqda "NEWS.ru"ya PMC-nin keçmiş əməkdaşı danışıb.
Keçmiş "Vaqner" üzvü biznes-jetin qəzaya uğramasında Fransa və ya Amerika kəşfiyyat xidmətlərinin əli olduğunu qeyd edib. Bu baxımdan o, Rusiya təhlükəsizlik qüvvələrinin xəyanətini istisna etməyib.
Nəşrin həmsöhbəti Priqojin "bir çox insanın yolunu kəsdi" deyib. O, "Vaqner"in təkcə Donbasda deyil, həm də Suriya və Afrikadakı fəaliyyətini xatırladıb.
Xatırladaq ki, Priqojin və həmçinin "Vaqner" komandiri Dmitri Utkinin olduğu təyyarə 2023-cü il avqustun 23-də qəzaya uğrayıb. Təyyarə qəzasında sağ qalan olmayıb.
2024-cü il avqustun 23-də Novosibirskdə Priqojin və Utkinin xatirəsinə həsr olunmuş abidənin açılışı olub. PMC nümayəndəliyindən bildirilib ki, abidə avqustun 24-ü axşama qədər yerində qalacaq, bundan sonra söküləcək.