İsmayıl Haniyənin qızı Məşriq Haniyə ötən gün sui-qəsd nəticəsində həyatını itirən atası ilə bağlı videomüraciət yayıb.
Oxu.Az xəbər verir ki, Məşriq Haniyə atasının öldürülməsinə görə İsrailin məsuliyyət daşıdığını vurğulayıb.
"Atamın qətli İsrailə qələbə gətirməyəcək, əksinə, Fələstinin müqaviməti daha da güclənəcək. Ey Netanyahu, əgər qalib gəldiyini düşünürsənsə, yanılırsan!" - deyə Məşriq İsrailin Baş naziri Benyamin Netanyahuya mesaj ünvanlayıb.