Səhər qəzeti

Azərbaycanlı qazi Rusiyada vəfat etdi

Tarix:7-01-2025, 09:00
Baxış Sayı:0

 


Bir müddətdir Rusiyada yaşayan qazi Rauf Məhəmməd oğlu İsayev vəfat edib.


Cəlilabadın Böyük Bəcirəvan kəndindən olan və 2017-ci ildə Qarabağda erməni snayperinin açdığı atəş nəticəsində ağır xəsarət alaraq ikinci qrup əlil kimi ordu sıralarından ehtiyata buraxılan R.İsayev Başqırdıstan Respublikasının Ufa şəhərində dünyasını dəyişib.


Dünən vəfat edən qazinin cənazəsi Azərbaycana gətirilərək doğma Cəlilabadda dəfn ediləcək.




İlkin Abdulla oğlu Əliyev


Azərbaycanın Başqırdıstandakı Milli Mədəniyyət Mərkəzinin sədri



 

Digər xəbərlər
XƏBƏR LENTİ