Səhər qəzeti

Alimlərin yeni kəşfi: Dünyada 7 yox, 6 qitə var - Amerika siyahıdan çıxarıldı

Tarix:21-08-2024, 14:40
Baxış Sayı:2

 

Hamı elə bilir ki, dünyada yeddi qitə var. Lakin indi bu məlumat şübhə altındadır. Amerika qitəsinin hələ də Avropanın geoloji hissəsi olduğunu göstərən araşdırmalara görə, dünya altı qitədən ibarət ola bilər.

Planetin Afrika, Antarktida, Asiya, Avstraliya, Avropa, Şimali Amerika və Cənubi Amerika qitələrindən ibarət olması dünyada geniş şəkildə qəbul edilir. Lakin yeni tapıntılar bunun doğru olmaya biləcəyini göstərir.

Derbi Universitetindən araşdırmaçı Cordan Phethean və komandası hazırda dünyada yalnız altı qitənin olduğuna inanırlar. Bu təəccüblü fikir Avropa və Şimali Amerikada geoloji dəyişikliklərlə bağlı aparılan araşdırmalar nəticəsində ortaya çıxıb.

Derbi Universitetinin alimi deyib ki, bu davam edən proses Yer qitələrinin necə əmələ gəldiyi və ayrıldığı haqqında anlayışımızı dəyişir:

“Şimali Amerika və Avrasiya tektonik plitələrinin ənənəvi olaraq 52 milyon il əvvəl ayrıldığı düşünülsə də, bu kəşf qitələrin əslində hələ ayrılmadığını göstərir. Tədqiqat Qrenlandiya dənizi ilə Şimali Atlantik okeanı arasında yerləşən vulkanik ada olan İslandiyaya yönəlib. İnsanlar uzun müddət İslandiyanın təxminən 60 milyon il əvvəl orta Atlantik silsiləsi səbəbindən yarandığına inanırdılar.

Adanı Şimali Amerika və Avrasiya plitələrinin silsiləsi təşkil etdiyi düşünülürdü. Lakin son tapıntılar bu fikri təkzib edir. Afrikadakı tektonik hərəkətlərin ətraflı tədqiqindən sonra tədqiqatçılar maraqlı yeni bir nəzəriyyə irəli sürüblər. Müvafiq olaraq, İslandiya-Qrenlandiya və İslandiya-Farer adaları silsiləsində həm Avropa, həm də Şimali Amerika tektonik plitələrindən geoloji fraqmentlərin olduğu müəyyən edilib”.

Araşdırmaya görə, tapıntı o deməkdir ki, bu ərazilər sadəcə ayrı-ayrı relyef formaları deyil, daha böyük kontinental strukturun hissələridir. Tədqiqatçılar bu xüsusiyyəti "Rifted Oceanic Magmatic Plateau" (ROMP) adlandırırlar. Araşdırmanın hələ ilkin mərhələdə olduğu bildirilsə də, qrup daha çox dəlil tapmaq üçün İslandiyadakı vulkanik qayaları tədqiq etməyi planlaşdırır.

Digər xəbərlər
XƏBƏR LENTİ