Dünyanın ən yaşlı insanı Mariya Branyas Morera 117 yaşında vəfat edib.
O, 2023-cü ilin yanvarında Ginnesin Rekordlar Kitabının versiyasına görə dünyanın ən yaşlı insanı elan edilib.
Morera son 20 il ərzində İspaniyada qocalar evində yaşayıb.
O, 1907-ci ilin martında Kaliforniyada dünyaya gəlib, 8 yaşı olarkən ailəsi ilə birlikdə İspaniyaya köçüb.
İspaniyada həkimlə ailə quran Mariyanın 3 övladı olub.