Səhər qəzeti

QHT liderləri Parlament seçkilərində: Aydın Əbilovun platforması. 17 saylı Yasamal 3-cü Seçki Dairəsi - VİDEO

Tarix:20-08-2024, 08:14
Baxış Sayı:4

 

1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox QHT rəhbərləri və nümayəndələri də namizədliyini irəli sürüb.

QHT.az-ın araşdırmalarına görə, 17 Saylı Yasamal 3-cü seçki Dairəsindən deputatlığa namizəd, tanınmış ictimai və mədəniyyət xadimi Aydın (Xan) Əhməd oğlu Əbilov da namizədliyini iriəli sürüb.

Aydın Əbilov, tanınmış analitik-ekspert, yazıçı-kulturoloq və mədəniyyət xadimi, uzun illər cəmiyyətin intellektual-kulturoloji inkişafına xidmət etmişdir. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru və Azərbaycan Yazıçılar Birliyinin Analitik-İnformasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərir. O, müxtəlif elmi kitabların, məqalələrin və elektron nəşrlərin müəllifi və redaktorudur. Aydın Əbilov Milli Məclisdə intellektual mövqeyini sərgiləməyi və ölkənin iqtisadi-sosial dirçəlişinə dəstək olmağı planlaşdırır.

QHT sədrinin seçki platforması aşağıdakı əsas istiqamətlərdə fəaliyyətləri əhatə edir:

Qanunların aliliyi, məmur və varlıların özbaşınalığına son, sosial bərabərlik, intellektual inkişaf, elmi-texniki tərəqqi, elmlə təhsilə xüsusi diqqət və Azərbaycanın hüquqi dövlət kimi inkişafı naminə fəaliyyətləri genişləndirmək;
Şəhid ailələrinin üzvləri və qazilər üçün iş yerlərinin kvota ilə müəyyənləşdirilməsi: dövlət və özəl qurumlarda onlar üçün ayrıca iş yerlərinin ayrılması;
Evsiz ailələrə 2 faizli kritik sosial ipoteka ayrılması üçün xüsusi proqramın hazırlanması və reallaşdırılması;
Yasamal rayonu problemlərinin həlli istiqamətində davamlı işlərin görülməsinə nail olmaq;
Paytaxt Bakının xaotik yüklənməsinin qarşısı alınması ilə bağlı planların hazırlanması, onun həyata keçirilməsinə çalışmaq;
Yaşlı nəslin qayğılarını öz üzərinə götürəcək sosial xidmətlərin təşkilinə gerçəkləşdirmək;
Uşaqlar və gənclərin əlaçatan təhsil imkanlarını genişləndirilməsi, eləcə də gənc nəslin normal qidalanması, istirahəti və karyera imkanlarının artırılması ilə rəsmi dövlət proqramın qəbuluna nail olmaq;
Gənclər arasında narkomaniya, tütün məhsullarından istifadə kimi zərəli vərdişlərlə sivil metodlardan yararlanmaqla mübarizənin artırılması;
Süni qiymət artımı, işsizlik, ekoloji böhran, şaytaxtın təbiətinə vurulan zərər, Bakı və Abşerondakı göllərin qurudulmasına qarşı cəmiyyətin və dövlət orqanlarının birbaşa müdaxiləsi ilə ictimai nəzarətin gücləndirilməsi;
İşsiz gənclərlə bağlı dövlətin xüsusi proqramının qəbulu və orada paytaxt, Yasamal rayonu gəncləri üçün kvotaların ayrılması;
Qadınların iş saatının azaldılması: işləyən xanımların ailə üzvlərinə və uşaqlarına baxdıqları üçün işə 1 saat gec gəlsin, eləcə də işdən 1 saat tez çıxa bilsin;
Ailə böhran təsisatları, eləcə də gənclər üçün uğur və karyera mərkəzlərinin yaradılması;
Şəhər mərkəzində söküntüsü gedən məhəllələrin sakinlərinin həmin ərazilərdə mənzil və iş yerləri təmin edilməsinə nail olmaq;
Paytaxtda tikilən hündürmərtəbəli binaların 1-ci mərtəbəlində mülkləri sökülmüş yerli sakinlərə iş yerlərinin açılması üçün minimal qiymətlərlə qeyri-yaşayış sahələrinin ayrılmasına çalışmaq;
Təhsil, elm, səhiyyə, mədəniyyət və dövlət qulluqçularının əmək haqlarının ölkədəki mövcud qiymətlərə uyğunlaşdırılması;
İcbari Tibbi Sığorta ilə bağlı problemlərin aradan qaldırılması və əhalinin sağlamlığına xüsusi dövlət qayğısının artırılması;
Parlament və dövlət təsisatında islahatların aparılması, Milli Məclisin daha çox ictimai-siyasi müzakirələr meydanına çvirmək, gələcəkdə cəmiyyətin daha çox təbəqələrinin əhatələmək üçüç ikipalatalı beyin mərkəzi kimi fəaliyyətinə çalışmaq;
Dövlət qurumları və sisteminə parlamentin ictimai-siyasi nəzarətini artırmaq və s…



Digər xəbərlər
XƏBƏR LENTİ