AZAL-ın qəzaya düşən təyyarəsində sərnişinləri son ana qədər sakitləşdirməyə çalışan, "Hər şey yaxşı olacaq" deyən stüardessa Hökümə Əliyevanın ölümü təsdiqlənib.
Yaxınlarının verdiyi məlumata görə, H.Əliyevanın meyitinin bu gün ölkəmizə gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, digər ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Kalyaninov Aleksandrın da ölümü təsdiqlənib. Stüard Zülfüqar Əsadov və stüardessa Aydan Rəhimli isə sağ olaraq qurtulub.
Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.