Səhər qəzeti

Bu ölkə də Ukraynaya icazə verdi: Bizim silahlarla Rusiyanı vur

Tarix:16-08-2024, 20:20
Baxış Sayı:3

 

Kanada Müdafiə Nazirliyi Ukraynanın, ona verilən Kanada silahlarından Rusiya ərazisində istifadə etmək hüququna malik olduğunu təsdiqləyib.

Bu bəyanat Ukrayna silahlı qüvvələrinin bu yaxınlarda Kursk vilayətinə hücumu fonunda verilib.

Departament qeyd edib ki, Kanada Ukraynaya ötürdüyü hərbi texnikanın istifadəsinə coğrafi məhdudiyyətlər qoymur.

CBC-nin məlumatına görə, CNN tərəfindən yayımlanan videoda Kurska hücum zamanı Kanadanın “Roshel Senator” zirehli transportyoru görünüb.

Digər xəbərlər
XƏBƏR LENTİ