Səhər qəzeti

Rusiyada alıcının əlində Çin istehsalı olan smartfon partladı

Tarix:8-12-2024, 09:50
Baxış Sayı:2

 

Rusiyanın Moskva şəhərində, ticarət mərkəzində alıcının əlində smartfon partlayıb.

Bu barədə gazeta.ru məlumat yayıb.

Məlumata görə, Rusiya paytaxtının şimal-şərqində yerləşən "Vavilon-92" ticarət mərkəzindəki rabitə vasitələri salonunda Çin qadcetinin partlaması baş verib.

Hadisə nəticəsində iki nəfər yaralanıb - müştəri və satıcı.

Bildirilir ki, fövqəladə vəziyyətlə əlaqədar mağazada yanğın başlayıb, ticarət mərkəzinin daxilində güclü tüstü yayılıb. Ticarət mərkəzindən insanlar təxliyə ediliblər.

Digər xəbərlər
XƏBƏR LENTİ