Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, 2025-ci ildə 305 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.
BMT baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə koordinatoru Tom Fletçer təşkilatın Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) “Qlobal Humanitar Yardıma Baxış 2025” adlı hesabatını açıqlayıb.
Fletçer bildirib ki, gələn il dünya üzrə 305 milyon insanın humanitar yardıma ehtiyacı olacaq:
“BMT və onun humanitar tərəfdaşları dünya üzrə 190 milyon insanı dəstəkləmək üçün 2025-ci ildə 47 milyard dollar dəyərində yardım başladacaq. Əsasən qadınların, uşaqların və əlillərin bu məbləğə ehtiyacı var”.